Dünya futbolu

Rey Farruciya: Tənqidlərdən yaxşı nəticə çıxartdıq”

Maltanın baş məşqçisi Rey Farruciya oyundan sonra mətbuat konfransı keçirib.

“Azərbaycan yaxşı komandadı. Bu hesab bizim üçün yaxşı nəticə idi. Kosovadan çətin səfər oyunundan qayıtmağımıza baxamayaraq bu gün əla oyun göstərdik. Komandamı təbrik edirəm”.

-Kosovoya məğlub olduqdan sonra komanda çox tənqid olunurdu. Amma bu gün siz  reytinqdə sizdən güclü olan komanday qarşı yaxşı nəticə qazandınız.

-Son oyunumuz çox tənqid olundu. Mən də onları dinləyirəm. Və onlardan çox şeylər öyrənirəm. Düşünürəm ki, bizə olan tənqidlərdən yaxşı nəticə çıxardırıq. Bu tənqidlər bizim xeyrimizədir.

-Hər zaman cavan oyunçuların cəlb olunmasını vurğulayırsınız. Bu sizin üçün çox önəmlidir ?

-Bu bizim işimizdi. Fəlsəfəmizi dəyişmək üçün yaxşı fürsətdir. Rəqibə qarşı hücum oynamaqdan çəkinmədik. Məncə oyunçularım əlindən gələni etdilər.  Düşünürəm ki, qorxaq oyun oynamadıq.

-Siz oyundan öncə ötən tur  məğlub olmağınıza  baxmayaraq bu oyun haqda çox inamlı danışırdınız. Bu inam sizdə hardan idi ?

-Mənim kifayət qədər təcrübəm var. Heç vaxt təslim olmayacaq xarakterə sahibəm. Maltanın baş məşqçisi olmaq çox çətin işdir. Müəyyən zaman keçdikdən sonra daha da yaxşı olacayıq. Oyunçularıma güvənirəm.

-Qrupdakı iki xalınızı da Azərbaycandan aldınız. Azərbaycanın zəif nöqtələri nə idi ?

-Hər oyunun öz hekayəsi var. Azərbaycan komandası çox yaxşı kollektivdir. Bizim ən yaxşı oyunumuz Farer adalarına qarşı olmuşdu. Ancaq o oyunda məğlub olduq. Bura kimi gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43