Ölkə futbolu

Reynaldo “Adanaspor”da!

“Qarabağ”ın 27 yaşlı braziliyalı hücumçusu Reynaldo “Adanaspor”la razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə tükiyənin “Ajansspor.com” saytı məlumat yayıb.

Məlumata görə, hücumçu axtarışında olan komandanın baş məşqçisi Levent Şahin Reynaldonu komandasında görmək istədiyini bildirib. Artıq tərəflər arasında hərtərəfili razılıq əldə edildiyi bildirilir.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 21 oyunda iştirak edib, 6 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43