İdman

Reynaldo “Adanaspor”u xilas edə bilmədi

Türkiyə Superliqasında XX tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, turun son görüşündə “Adanaspor” səfərdə “Qaziantepspor”la qarşılaşıb.

Matçın taleyini bir qoll həll edib. Qarşılaşmanın 55-ci dəqiqəsində Ben Hatira Qaziantep təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.

“Qarabağ”ın sabiq üzvü Reynaldo Adana klubunda bu dəfə də forma geyinmək şansı əldə edib. “Sambaçı” komandası qapısında qol gördükdən sonra meydana daxil olub. Lakin heç nə ilə yadda qalmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43