Dünya futbolu

Reynaldo ən pislərin siyahısında

Məşhur goal.com saytının Türkiyə versiyası ölkə super liqasında 21-ci turun ən pis “11-liy”inin siyahısını tərtib edib.

Siyahıda “Qarabağ”dan “Adanaspor”a transfer olunan Reynaldo Silvanın da adı var.

Braziliyalı hücumçu 21-ci turun ən pis heyətində yer alan yeganə “Adanaspor”lu futbolçu deyil. Onun daha 3 komanda yoldaşının da adı bu siyahıda var.

Xatırladaq ki, Reynaldo qış transfer dönəmində “Qarabağ”dan “Adanaspor”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43