Ölkə futbolu

Reynaldo “Qarabağ”da qalır, yoxsa gedir?: “İkiəlli verərik”

“Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl Reynaldo ilə bağlı məsələyə toxunub.

İdmanxeber.com-a danışan klub rəsmisi Reynaldonun burada xoşbəxt olduğunu bildirib:

“Reynaldo burada xoşbəxtdi. Onun “Qarabağ”dan başqa ikinci xoşbəxt ola biləcəyi yer yoxdu. Təbii ki, məşhur klubların birindən təklif gəlsə mane olmadan, ikiəlli verərik. Necə ki, Vaqif Cavadovu “Tvente”yə verdik. Bugünkü gün üçün belə bir şey yoxdu. Bizim hədəflərimiz var. Bu dəfə qrup oynamaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43