Ölkə futbolu

Reynaldo Super Liqa klubunda?

Braziliyalı futbolçu Reynaldo “Qarabağ”ı tərk edə bilər.

İdmanxeber.com-un məlumatına görə, “sambaçı”nın xidmətində Türkiyə Super Liqasında mübarizə aparan “Adanaspor” klubu maraqlıdır. Türkiyə mətbuatında yer alan xəbərə görə, Adana təmsilçisi artıq “Qarabağ”a rəsmi təklif də göndərib.

Klublar arasında razılıq əldə olunsa, Reynaldo yaxın günlərdə Super Liqa klubu ilə münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, daha öncə “Gənclərbirliyi” Reynaldonu icarəyə götürmək istəsə də, bu keçid baş tutmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43