Ölkə futbolu

Reynaldodan təşəkkür mesajı – FOTO

"Qarabağ"dan ayrılan Reynaldo öz feysbuk hesabından azarkeşlərə müraciət edib.

İdmanxeber.com-un məlumatına görə, "Adanaspor"la müqaviləyə imza atan futbolçu Azərbaycan dilində azarkeşlərə və ona dəstək olan hər kəsə təşəkkür edib:

"Buradan bütün Azerbaycan xalqını salamlayıram. Orada olduğum müddətdə mənə hər zaman dəstək olan klub rəhbərlərinə, məşqçi heyətinə, komanda yoldaşlarıma, klubda çalışan hər bir kəsə və bütün "Qarabağ" azarkeşlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu neçə ildə mənə doğmalaşan bir ölkədən ayrılmaq mənə doğurdan da çətindir. Buna baxmıyaraq çox yaxşi təəssüratlarla ayrılıram. Sizləri çox sevirəm, hər zaman ürəyimdə olacaqsız. Allahın köməyi ilə bir gün yenə də Azərbaycana qayıdacam".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43