Ölkə futbolu

“Reyncers”in futbolçusu “Qəbələ”də!

“Qəbələ” daha bir futbolçunu heyətinə qatıb.

“Qırmızı-qaralar” Şotlandiyanın “Reyncers” klubundan Endi Hollideyi rənglərinə bağlayıb. Qlzaqo təmsilçisinin çalışdırıcısı Pedro Kayşina 25 yaşlı futbolçunu heyətdə düşünməyib. Şotland yarımmüdafiəçi isə ayrılıq qərarı verib və “Qəbələ” ilə danışıqları müsbət yekunlaşdırıb. Hollidey “Qəbələ”də 1 illik icarə əsasında çıxış edəcək.

Endi Hollidey “Livinqston”, “Midlzbro”, “Uolsoll”, “Blekpul”, “Bredford Siti” kimi klublarda da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43