Milli komanda

Reytinq cədvəli açıqlandı – millimiz neçəncidir ?

FİFA milli komandaların 2019-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın məlumatıma görə, millimiz 1 pillə geriləyib. Bundan əvvəlki reytinqdən sonra heç bir oyun keçirməyən komanda 1206 xalla 107-ci yerdədir.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1634) 4-cü,  Uels (1525) 19-cu, Slovakiya (1483) 29-cu, Macarıstan (1412) 52-ci pillədə qərarlaşıb.

Siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43