Kateqoriyasız

“Riad Rəfiyevə dedim ki, Avropada klub tapsan, Azərbaycan millisində oynayacağam”

Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Moskvada yaşayan Anar İbrahimovun “Youtube”da sahibi olduğu “İbrakadabra” kanalının qonağı olub.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini seçməsi barədə danışıb. O, buna görə Bakının mərkəzində mənzil alması barədə yayılan söz-söhbətlərin yalan olduğunu deyib:

 

“Bu, doğru deyil. Yığmanı seçməyimin qarşılığında nəsə almamışam. Gəlişimdə indi “Sumqayıt”ın prezidenti olan Riad Rəfiyevin rolu oldu. O vaxtı mənimlə danışırdı. Həmin dönəm agent idi, həm də yığmada menecerlik edirdi. Bildirdim ki, mənə Avropada klub tapsan, Azərbaycan millisinə gələrəm. Bu seçim üçün pul və başqa şey almamışam.

 

Azərbaycan pasportu ilə Rusiya Premyer Liqasında oynamaq çətinləşir. Limit olmasaydı, Azərbaycan millisinin üzvü kimi Rusiya çempionatında oynayacaqdım. Problem budur”.

 

“Saturn”un yetirməsi Rusiyada “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov” və “Mordoviya” klublarında çıxış edib. Emin 2016/17 mövsümünü Portuqaliyanın “Boavişta” klubunda keçirib. O, 2016-cı ildə Azərbaycan millisində debüt edib. Mahmudov 2017-ci ildə “Neftçi”yə transfer olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA-dan dünən baş verənlərlə bağlı BƏYANAT

admin

Əmrah Çəlikəl: “Bunun öhdəsindən gələcəyik” – MÜSAHİBƏ

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin