Dünya futbolu

Riberi “Qalatasaray” yolunda

“Bavariya” ilə müqavilə müddəti başa çatan Frank Riberi karyerasını “Qalatasaray”da davam etdirməyə yaxındı.

İstanbul təmsilçisi fransız futbolçuya 2 illik müqavilə təklif edib. 36 yaşlı oyunçu özü də sabiq klubunda oynamağa isti yanaşır.

Riberi 2005-ci ildə qısa müddət “Qalatasaray”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43