Kateqoriyasız

Rıbka “Neftçi”ni düşünmür

“Səbail” Topaz Premyer Liqanın 24-cü turunda “Neftçi”ni qəbul edəcək.

Komandanın qapıçısı Aleksandr Rıbka oyunla bağlı fikirlərini klubun mətbuat xidmtəinə bölüşüb.

Ukraynalı qolkiper yalnız üç xal haqda düşündüyünü bildirib: “Rəqibi düşünmürəm. Diqqətimi qarşıdakı oyuna yönəltmişəm və komandaya üç xal qazandırmaq üçün əlimdən gələni edəcəyəm. Hazırda ancaq bunu düşünürəm”.

Qeyd edək ki, aprelin 14-də “Bayıl Arena”da keçiriləcək “Səbail” – “Neftçi” oyunu 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43