25 Fevral 2020
Müsahibə

Riçard Almeyda: “Bizim üçün çox ağır olacaq” (MÜSAHİBƏ)

“Qarabağ”ın braziliyalı legioneri Riçard Almeydanın “Xəzər Lənkəran”la oyundan sonra İdmanxeber.com-a müsahibəsi:

– Bilirdik ki, çətin oyun olacaq. “Xəzər Lənkəran” bizə qarşı yaxşı mübarizə apardı.Komanda yoldaşlarım çıx səbrsiz idi, xüsusi ilə də ilk hissədə. Ona görə də top itkilərinə yol verirdik. Rəqib komanda da boşluqları bağlamışdı. İkinci hissədə topa daha çox nəzarət etdik və şansımızı axtardıq. Nəticə olaraq da, vacib olan 3 xalı qazandıq.

– Bildirdin ki, “çətin oyun olacağını bilirdik”. Lakin “Xəzər Lənkəran” məlum səbəblərə görə yaxşı durumda deyil. Çətin oyun deyəndə nəyi nəzərdə tuturdun?

– Bizim üçün bütün oyunlar çətindir. AZAL-la oyunu xatırlasaq, qol epizodlarımız çox olsa da, rəqib müqavimət göstərdi və 3 xalı qazandıq. Qarşıda bizi çətin “Kəpəz” səfəri gözləyir, bizim üçün çox ağır olacaq. Ümumiyyətlə, bütün komandalar “Qarabağ”a qarşı daha sıx oynayır. Bu qələbədən sonra daha sakit şəkildə növbəti oyuna hazırlaşacağıq.

– Xüsusən birinci hissədə top itkiləri daha çox oldu və istədiyiniz futbolçu göstərə bilmədiniz. Bunu bir neçə rəsmi oyunda qələbə qazanmamaqla, yoxsa qış fasiləsindən yorğun qayıtmaqla əlaqələndirmək olar?

– Bu fikirlə razı deyiləm, ilk hissə elə də pis oynamadıq. Lazımı qədər epizodlarımız da oldu.

– Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsınız. Rəqib son oyunlarda daha aqressiv oyun göstərir…

– Oyunun çətin olacağını yaxşı dərk edirik, bu qarşılaşmada qələbə üçün əlimizdən gələni edəcəyik.

Oxşar xəbərlər

Yaşar Vahabzadə: “Mübarizəsiz, istəksiz nəticə qazanmaq mümkün deyil” – MÜSAHİBƏ

admin

Elxan Abdullayev: “Nə vaxt bu sindromu qıracağımızı bilmirik”

admin

Kaue: “Sarı vərəqələri bizə heç nədən paylayırdı” (MÜSAHİBƏ)

admin