Kateqoriyasız

Riçard Almeyda: “Heç vaxt “Neftçi”də oynamaram”

Azərbaycan yığmasının üzvü Riçard Almeyda “Qarabağ”dan ayrılması barədə danışıb.

İdmanxeber.az xəbər verir ki, “futbolinfo”ya açıqlama verən futbolçu klubdan cavab gözlədiyini bildirib:

“Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm. Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda “Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”.

 

Almeyda “Neftçi”yə keçmək ehtimalından da danışıb: “Mən bunu bəyan edirəm ki, mən heç zaman “Neftçi”də oynamayacam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da “Qarabağ”dır. Bütün uğurlarım bu klubladır. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidir. Azərbaycanda oynaya biləcəyim tək komanda “Qarabağ”dır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43