Müsahibə

Riçard Almeyda: “Həyatda mümkünsüz heç nə yoxdu” (MÜSAHİBƏ)

“Qarabağ”ın aparıcı üzvü Riçard Almeydanın İdmanxeber.com-a müsahibəsi.

– AZAL-ı cavabsız qollarla məğluib etdiniz. Oyunla bağlı nə deyərdin?

Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Şükürlər olsun rəqibin qapısına yol tapa bildik. Önəmli olan 3 xalı qazanmaq idi.

– Son zamanlar “Qarabağ”ın belə qarışıq heyətlə oynaması sizin avrokubokdakı oyunlarınızda çətinlik yaratmır?

Komandamızda yetərincə futbolçular var. Baş məşqçimiz də düzgün seçim edərək komandamızı avrokuboklardakı oyunlara da hazırlaşdırır. 

– Reynaldoynan yaxşı şəkildə anlaşırsan. Bəs Armenterosla necə?

Reynaldo ilə 3 ildi bir yerdə oynamışıq və buna görə də bir-birimizi yaxşı başa düşürük. Armenteros isə təzə gəldiyindən o bizi, biz də onu öyrənirik. Lakin oyundan oyuna meydanda bir-birimizi daha yaxşı başa düşürük. 

– Ötən ilnən müqayisədə “Qarabağ”da daha sürətli oyun görmürük. Bu nə ilə əlaqədardı?

Əvvəlki illərdə Leroy Corc və Muarem Muarem var id ki, artıq bir-birimizi yaxşı başa düşürdük. İndi bəzi oyunçular yenidi və zamana ehtiyac var.

– Belə başa düşüm ki, onların yeri görünür…

Təbii ki, hər ikisi önəmli oyunçular idi. Ancaq baş məşqçimiz onların yerini dolduracaq futbolçularla təmin edib komandanı.

– Qarşıdan “Monako” ilə oyun gəlir. Bu matçla bağlı nə deyərdin?

Biz indiyə qədər bugünklü matçla bağlı fikirləşiridk. Bu matçdan sonra “Monako” ilə oyun haqda düşünəcəyik.

– Şansları necə dəyərləndirirsən. “Qarabağ” “Monako”nu məğlub edə biləcək?

Həyatda mümkünsüz heç nə yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43