Kateqoriyasız

Riçard Almeyda “Qarabağ”da!

“Qarabağ” sabiq futbolçusu Riçard Almeydanı heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, milliləşdirilmiş braziliyalı futbolçu ilə 1 illik müqavilə imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, Riçard Almeyda ötən mövsümü “Zirə”də keçirib. O, “Qarabağ”a azad agent kimi transfer olunacaq.

Almeyda 2011-18 və 2019-20-cu illərdə də “Qarabağ“da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43