Kateqoriyasız

Riçard Almeyda “Qarabağ”dan ayrıldı

“Qarabağ” Riçard Almeyda ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “sambaçı” özü məlumat verib.

Yarımmüdafiəçi sports.kz saytına müsahibəsində bu barədə məlumat verib.

– “Qarabağ”ı tərk edəcəyiniz deyilir.

– Bəli, elədir.

– “Astana”ya qayıdırsınız?

– Biz anlaşdıq və “Astana” ilə müqaviləyə xitam verdik.

– Nə vaxt baş verib?

– 3-4 ay əvvəl müqaviləni pozduq.

– Yeni klub tapmısan?

– Agentim bir klubla danışıb, amma qərar verməmişəm. İndi tətildəyəm, bir neçə günə qərar verəcəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43