İdman

Riçard Almeyda qərarını verdi, “Qarabağ”dan ayrılır!

“Qarabağ”ın əsas üzvlərindən hesab olunan Riçard Almeyda klubundan ayrılmaq fikrinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü 6 il çıxış etdiyi “köhlən atlar”da deyil, başqa komandada top qovmaq istəyir. Meneceri ilə məsləhətlər aparan braziliya əsilli futbolçu İtaliya və Türkiyədən aldığı təklifləri dəyərləndirməyi planlaşdırır. 

Qeyd edək ki, Riçard 2012-ci ildən şərəfini qoruduğu “Qarabağ”la 5 dəfə Azərbaycan çempionu və 3 dəfə ölkə kubokunun qalibi olub. 2017-ci ildə milliləşdirilən yarımmüdafiəçi Azərbaycan yığmasında keçirdiyi 8 qarşılaşmada 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43