25 Fevral 2020
Kateqoriyasız

Riçard Almeydanın “siftə”si qələbə oldu

Birləşmiş Ərəb Əmirlliklərinin “Baniyas” klubuna transfer olan Riçard Almeyda yeni komandasında debüt edib.

Azərbaycan millisinin üzvü çempionatın XIII turunda “Əl Nəsr”lə keçirilən görüşdə oynayıb. Qarşılaşma “Baniyas”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almeyda start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəz edilib.

“Baniyas” 14 xalla çempionatın 9-cu pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

“Qarabağ”dan darmadağın, “Neftçi”dən çətin qələbə

admin

Maradonanın yeni klubu bəlli oldu

admin

“Buranın narahat yer olduğunu hər kəs bilir” – Nazarov

admin