Kateqoriyasız

Riçard Almeydanın “siftə”si qələbə oldu

Birləşmiş Ərəb Əmirlliklərinin “Baniyas” klubuna transfer olan Riçard Almeyda yeni komandasında debüt edib.

Azərbaycan millisinin üzvü çempionatın XIII turunda “Əl Nəsr”lə keçirilən görüşdə oynayıb. Qarşılaşma “Baniyas”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almeyda start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəz edilib.

“Baniyas” 14 xalla çempionatın 9-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43