Kateqoriyasız

Riçard Qadze: “Bu, mən və “Zirə” üçün tarixi hadisəsdir” – MÜSAHİBƏ

“Zirə”dən ayrılaraq “Şerif”ə keçən Riçard Qadze Moldova klubunun saytına müsahibə verib.

Qanalı hücumçu Tiraspol təmsilçisinə keçidindən, Azərbaycandakı karyerasından danışıb:

– Burada olduğumdan və klubla müqavilə bağlamağımdan çox məmnunam. “Şerif” haqqında çox məlumatlıyam. Komandanın hekayəsini bilirəm. Klub nisbətən yaxınlarda yaranıb, lakin tarixi çox zəngindir. Planlarım sadədir: “Şerif”in ümumi uğuruna töhfə vermək.

 

– Komanda səni necə transfer etdi?
– Klubun mənə nə qədər isti yanaşdığına təəccübləndim. İndiyə qədər bir neçə klubla görüşdüm. Belə danışıqlar vaxt tələb edir və mən “Şerif”in üzərində dayandım.

 

– Həyatını futbola necə bağladın?
– Səkkiz yaşımdan futbol oynamağa başladım. Daha çox əyləncəyə bənzəyirdi. Ancaq zaman keçdikcə futbol məni özünə çəkdi və nə etdiyimi başa düşdüm. Əslində karyeram belə başladı. Bu gün bu yol məni Tiraspola – “Şerif”ə gətirdi.

 

– Son klubunuz “Zirə” olub. Özünüzü Azərbaycan Premyer Liqasında tanıtmağı bacardın?
– “Zirə”yə keçdiyim zaman komanda ilk dəfə Avropa Liqasının təsnifat mərhələsində iştirak etdi. Belə oldu ki, klubun tarixində bu turnirdə vurulan ilk qolun müəllifi oldum. Bu, mənim və klub üçün əla bir tarixi hadisədir.

 

– Bu il cəmi 13 oyun keçirmisən. Məşq prosesinə və rəsmi matçlara tez uyğunlaşırsan?
– Bəli, elə oldu ki, bu il çox oynamağa vaxtım olmadı. “Zirə”yə çempionatın ikinci dövrəsində qoşuldum, 11 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qaldım. Sonra isə pandemiya səbəbindən oynamaq mümkün olmadı. Uyğunlaşma ilə bağlı problem yoxdur. Məşqçi mənə güvənsə, onu məyus etməyəcəyəm. “Şerif”ə kömək etmək istəyirəm.

– Artıq qitə yarışlarında, xüsusən Avropa Liqasında təcrübəniz var, amma Çempionlar Liqası tamamilə fərqli bir turnirdir, razısan?
– Şübhəsiz ki, bu, Avropanın ən yaxşı klub yarışmasıdır. Hər oyunçu  bacarıqlarını artırmaq istəyir və mən də istisna deyiləm. Bunu etmək mənim üçün böyük bir fürsətdir.

 

– Lüksemburqdan olan bir rəqib – “Fola Eş”lə ilk görüş barədə nə deyə bilərsən?
– Rəqib haqqında heç bir sözüm yoxdur. Artıq Avropa yarışlarında iştirak etmişəm və müəyyən təcrübə qazandım. İndi mənə belə oyunlara xas olan bəzi təzyiqlər təsir etmir. Çıxıb nəticə verməliyik və inanıram ki, bu turnirdə çox şey əldə edə bilərik.

 

“Şerif” – “Fola Eş” cütünün qalibi II təsnifat mərhələsində “Qarabağ” – “Sileks” matçının güclüsü ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43