İdman

“Rio-2016″da təcavüz skandalı

Rio polisi Olimpiadanın iştirakçısı, mərakeşli boksçu Hassan Saadı həbs edib.

İdmanxeber.com-un məlumatına görə, afrikalı idmançı olimpiya kəndində 2 ofisiant qızı zorlamağa cəhddə ittiham olunur.

Braziliyalı qızların sözlərinə görə, hadisə avqustun 3-də baş verib. Polis şöbəsindən bildirilib ki, 22 yaşlı idmançı 15 gün nəzarətdə saxlanılacaq. Saad polis bölməsindən şəhər həbsxanalarını birinə köçürüləcək.

Qeyd edək ki, 81 kqda mübarizə aparmalı olan boksçu bu gün 1/16 finalda türkiyəli Mehmed Nadir Ünalla qarşılaşmalıydı, lakin həbs olunduğuna görə mərakeşli olimpiada da mübarizə apara bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43