Dünya futbolu

Rivaldonun oğlunun yeni klubu müəyyənləşdi

Braziliyanın əfsanəvi futbolçularından biri olan Rivaldonun oğlu Rivaldinyonun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı hücumçu karyerasını Rumıniyada davam etdircək. O, Buxarest “Dinamo”su ilə anlaşıb. 21 yaşlı futbolçu ilə 2020-ci ilə qədər müqavilə bağlanıb. Rivaldinyo “Dinamo”da 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rivaldinyo peşəkar futbolçu karyerasına atasının sahibi olduğu “Mogi Mirim” klubunda başlayıb. O, daha sonra “Boavişta”, “Pirakikaba” və “Paysandu” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43