24 Yanvar 2022
  • Ana səhifə
  • İdman
  • Robert Prosineçki Azərbaycan millisinin baş məşqçi vəzifəsindən getdi – RƏSMİ
İdman

Robert Prosineçki Azərbaycan millisinin baş məşqçi vəzifəsindən getdi – RƏSMİ

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
 
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan eyni qrupa düşdü

admin

Ramin Musayev: “Qoy məni cəzalandırsınlar, təki “Xəzər Lənkəran” qayıtsın”

admin

Kamran Ağayevi 4 dəfə məyus etdilər

admin