Milli komanda

Robert Prosineçki: “Bizim üçün həlledici şanslardan biridir”

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, yığmamızın çalışdırıcısı Robert Prosineçki “Belfast Telegraph”a açıqlama verib. Xorvatiyalı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib:

“Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq. Matça yaşı köklənmişik. Hesab edirik ki, bu qarşılaşma dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün vacib oyundur. Bizim üçün həlledici şanslardan biridir. Bu baxımdan çox ciddi hazırlıq keçirik. Avstriya toplanışı bizə çox kömək olacaq. Bakıda əhəmiyyətli qarşılaşma baş tutacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43