Milli komanda

Robert Prosineçki: “Bu, qrupun açar matçı olacaq”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ölkəsi Xorvatiya millisinin "Avro-2016"nın final mərhələsində yer aldığı qrupdakı şansını dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis bunları deyib:

"Bu qrupda ən önəmli matç Türkiyə ilə olacaq. Türkiyə millisi çox pis vəziyyətdə ikən Fatih Terim və Arda Turanın sayəsində qrup üçüncüsü oldu. Onlara oyunlarda xeyli sayda azarkeş dəstək olur. Xorvatiya – Türkiyə görüşü qrupun açar matçı olacaq. Əgər Xorvatiya Türkiyəni məğlub edərsə, qrupdan çıxmaq şansı çox olacaq".

Qeyd edək ki, "Avro-2016"nın D qrupunda İspaniya, Xorvatiya, Çexiya və Türkiyə milliləri mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43