Milli komanda

Robert Prosineçki: “Heç bir komandaya getməyəcəyəm”

Millimizin baş məşqçisi Robert Prosineçki “Bursaspor”a keçidi barədə yayılan məlumatlara münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı çalışdırıcı bu barədə “goal.com” saytına açıqlama verib. O, açıqlamasında “Bursaspor”a getməyəcəyini bildirib:

“Bursaspor”la görüşümüz oldu, lakin Azərbayan millisi ilə davam edən bir illik müqaviləm var. Hələ ki, heç bir komandaya getməyəcəyəm”.

O, həm Azərbaycan millisini, həm də “Bursaspor”u eyni vaxtda çalışdırmağın düzgün olmadığını vurğulayıb:

“Hər iki komandaya eyni zamanda baş məşqçilik etməyin doğru fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam”.

Xatırladaq ki, 48 yaşlı xorvatiyalı mütəxəssis 2014-cü ildən millimizin baş məşqçi vəzifəsində çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43