İdman

Robert Prosineçki: “Heç vaxt futbolçularıma belə taktika verməmişəm, verməyəcəm də”

” Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Oyunda üstünlük mənim komandamda idi. 2-3 qol vurduqdan sonra da arxayınlaşmadıq. Bu görüşdə də səhvlərimiz vardı. Ancaq sevindirici haldı ki, son nəticədə yaxşı oynadıq “.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robbert Prosineçki DÇ-2018-in seçmə mərhələsində evdə San Marinoya qalib gəldikləri oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis ilk dəfə meydançaya buraxdığı Təmkin Xəlilzadənin oyunundan danışıb: “Onun oyunundan razı qaldım, müdafiədə etibarlı oyunu ilə seçilirdi. Nəzərə almaq lazımdı ki, o millimizin formasını ilk dəfə geyinirdi”,

– Hazırda seçmə mərhələnin qrup mərhələsində 10 xalımız var. Robert Prosnieçki bundan sonra nəyə ümid edir?

– Qarşıda bizim oyunlarımız var. İlk hədəfimiz Çexiyaya qarşı görüşdə xal qazanmaqdı. Almaniya ilə səfər matçında isə yaxşı oyun göstərməyi planlaşdırırıq. Gəlin, bir-birimizi aldatmayaq. Almaniyadan xal almaq real deyil.


– Dmitri Nazarov kobudluğu ilə seçilən futbolçu deyil. Ancaq Norveçlə səfər matçında sanki sarı vərəqə almağa çalışdırdı ki, San Marino kimi güclü olmayan yığma ilə oyunu buraxsın…

– Mən heç vaxt futbolçularıma belə taktika verməmişəm, verməyəcəm də. Görüş vaxtı mənim fikrim oyunda olur.


– İlk dəfə debüt edənlərdən biri də Renat Dadaşov oldu. Onun oyununu necə dəyərləndirərdiz?

– Dünən də demişdim ki, imkan olduqca Renata şans verəcəyəm. İndidən deyə bilmərəm, o gələn görüşlərdə, meydanda olacaq, ya yox. Ola bilsin, gələn seçmə mərhələlərdə Renat Dadaşovu daha çox meydanda gördük.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43