Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki dünən U-15 Liqası çərçivəsində keçirilən “İnter” – “Qarabağ” və “Fortuna” – “Xəzər Lənkəran” oyunlarını izləyib. O, eyni zamanda “İnter Arena” və Bayıl stadionlarının infrastrukturu ilə də tanış olub.