Milli komanda

Robert Prosineçki: “Komandama güvənirəm”

Dünya çempionatının təsnifat mərhələsində millimiz sabah Norveçlə üz-üzə gələcək.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunla bağlı fikirlərini bölüşüb:

"Komanda 5 gündür hazırlığa başlayıb. Hazırlıq prosesindən razıyam. Düzdür, zədəli futbolçularımız olduğu üçün tam heyətlə məşq edə bilməmişik. Amma seçmə mərhələdə ilk ev oyunumuzda qələbə qazanmaq istəyirik. Norveç yığmasının güclü rəqib olduğunu bilirik. Seçmə mərhələyə Almaniya yığmasına məğlubiyyətlə başlamalarına baxmayaraq, rəqibimizin heyətində Avropanın bir sıra tanınmış komandalarında çıxış edən futbolçular var. Bununla belə, bizi daha çox öz hazırlıq səviyyəmiz maraqlandırır. Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Komandama güvənirəm. İnanıram ki, Norveç yığması ilə oyundan sonra azarkeşlərin Azərbaycan milli komandasına münasibəti yaxşı mənada bir qədər də dəyişəcək. Azarkeşlərdən stadiona gələrək millini dəstəkləmələrini xahiş edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43