İdman

Robert Prosineçki milli komandamızın Almaniya oyunu üçün heyətini açıqladı

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Çexiya, 8-də isə Almaniya yığması ilə qarşılaşacaq milli komandamızın heyəti açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Robert Prosineçki 24 futbolçuya dəvət göndərib.

Qapıçılar: Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov  (“Zirə”), Emil Balayev (“Səbayıl”)
 
Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyəv, Ruslan Abışov (hər ikisi “Neftçi”), Ürfan Abbasov (“Qəbələ”)
 
Yarımmüdafiəçilər
: Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almanya), Təmkin Xəlilzadə (“Zirə”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr) Namiq Ələsgərov (“Neftçi”)
 
Hücumçular: Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Qarabağ”), Renat Dadaşov (“Ayntraxt”, Almanya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43