Kateqoriyasız

Robert Prosineçki: “Onu milliyə dəvət etməyimin səbəbi atasının Məşqçilər Komitəsində işləməsi deyil”

Fevralın 20-dən Türkiyədə təlim-məşq toplanışında olan milli komandamızın baş məşqçisi Robert Prosineçki bu gün  mətbuat konfransı keçirib.

Xorvatiyalı mütəxəssis Antalyaya ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb.

– İlk dəfə futbolçularla bir yerdə olduq. Burada əla şərait var. Komandadan razı qalmışam. Oyunçularda motivasiya çox yüksəkdir. Nizam-intizam da qaydasındadır. Futbolçulardan hərtərəfli razıyam. Maksim Medvedyev yüngül zədə aldı. Ancaq məşqlərini davam etdirə bilmədiyi üçün onu Bakıya göndərdik. Üç məşq prosesi keçmişik. Futbolçular istədiyimi mənə verdi. Hiss olunur ki, onlarda porensial var. İnanıram ki, “Avro-2016”nın seçmə mərhələsindı Maltaya qarşı yaxşı oyun nümayiş etdirəcəyik.

– Dünənki məşqdə sırf hücum planları üzərində işlədiz. Bu, Maltaya qarşı hazırlıqdır, yoxsa millimiz bundan sonra hücum futbolu oynayacaq?

– Sözsüz ki, bütün fikrimiz Malta ilə oyuna yönəlib. Bu qarşılaşma bizim üçün vacibdir. Ancaq komandamın hücum futbolu oynamasını istəyirəm.

– Rəşad Sadıqov dünənki məşqdə iştirak edə bilmədi. O, Malta ilə oyuna çıxa biləcəkmi?

– Onun yüngül zədəsi var. Riskə getmək istəmədik. Onun oynamağı vacibdir. Maltaya qarşı oynayacaq futbolçuları müəyyən etmişəm.

– Ruslan Abışovu hansı mövqedə oynatmaq fikriniz var? Foqts ona müdafiənin sol cinahında şans verirdi. Ancaq mütəxəssislər deyir ki, Ruslan dayaq yarımmüdafiəçisi kimi daha çox xeyir verir.

– Onun hər mövqedə çıxışın görmüşəm. Rəşad oynamasa, onun əvəzinə Ruslana şans verəcəm. Ümumiyyətlə, onu müdafiənin mərkəzində oynatma fikrim var.

– Millimizin bəzi üzvləri sizin haqqınızda xoş sözlər söyləyir. Onları tez bir zamanda necə ruhlandıra bildiniz?

– Bunu eşitmək mənə çox xoşdur. Qısa zamanda özlərinə inam hissi olmağı yaxşı haldır. Futbolçuların hər biri ilə fərqi söhbətlər edirəm. Əvvəldən demişəm ki, səmimi insanam. Mənə Azərbaycan futbolunu irəli apara bilən futbolçular lazımdır. Məncə, milliyə dəvət alan futbolçular Azərbaycanın ən yaxşılarıdır. Məşqçi kimi əlimdən gələni edəcəm ki, futbolçular özlərinə inansınlar. İnansınlar ki, onlar gözəl futbol oynaya bilərlər. Əsas odur ki, mən və siz yox, futbolçular özləri buna inansınlar. Demirəm ki, Xorvatiya və İtaliyaya qalib gələcəyik. Ancaq Bakıya gələn milli komandalar görməlidirlər ki, Azərbaycan millisi də oynamağı bacarır.

– Azərbaycan klublarının heç biri sırf hücum futbolu oynamır. Siz tez bir zamanda futbolçuların oyun fəlsəfəsini necə dəyişəcəksiz?

– İndiyə qədər komandamız cəmi bir qol vurub. Deməli, ancaq müdafiə düşünülürmüş. Mən futbolçulara başa salmaq istəyirəm ki, hücumda oynamaqla nəyəsə nail olmaq olar. İstəyirəm ki, komandam hücumameyilli və gözəl oyun nümayiş etdirsin. Hər bir futbolçu  Azərbaycan üçün oynamalıdır. Hansı futbolçunun əlindən gələni etmədiyini görsəm, millidən kənarlaşdıracam.

– Malta ilə oyun üçün hansı legionerləri dəvət etmək fikriniz var?

– Mənim köməkçilərim hər bir futbolçunun oyunlarını izləyir. Dmitri Nazarov hazırda klubunda əsas heyət oyunçusu deyil. Mahir Şükürov kifayət qədər oynayır. Cavid İmamverdiyev və Vaqif Cavadov az oynayır. Bu, reallıqdır.  Eddi İsrafilov dünyanın ən güclü liqalarından birində – İspaniya La Liqasında çıxış edir. Ancaq reallıq budur ki, o da meydana çıxmır. Bununla belə onların bir neçəsini millidə görəcəksiniz.

– Klubunda oyun təcrübəsi olmayan futbolçu millidə oynaya bilər?

– Ola bilər.  İspaniya La Liqasında meydana az çıxmamağı bir qədər başa düşmək olar. Ancaq Türkiyə I divizionu üçün bunu demək olmaz. Dmitri Nazarov hazırda yaxşı formadadır. Onu dəvət etməyi düşünürəm. İnanıram ki, milliyə faydası dəyəcək.

– Hazırda klubsuz olan Anton Krivotçuku milliyə dəvət etdiyiniz üçün futbol ictimaiyyəti sizi qınadı. Onda hansı potensialı görürsüz?

– Sizə bir sirr açmaq istəyirəm. Azərbaycan futbolunun böyük problemlərindən biri odur ki, sol cinah müdafiəçisi yoxdur. İndidən deyim ki, Anton  Maltaya qarşı oynamayacaq. Onu çağırmağımın səbəbi odur ki, o, indidən milidəki ab-havanı görsün. Onu gələcəkdə millidə sol cinahda oynadacam. Gələcəkdə bu təcrübəni davam etdirəcəm. Yəni hər toplanışda bir gənc futbolçunu komandaya dəvət edəcəm.

– Sizdən əvvəlki məşqçilər bildirirdilər ki, Azərbaycanda kifayət qədər potensiallı futbolçular yoxdur.

– Mən deyə bilmərəm ki, potensial yoxdur. Az da olsa var. Bəli,Azərbaycanda çempionatın səviyyəsi zəifdir. Ancaq azərbaycanlı futbolçularda keyfiyyət görürəm. Çalışıram ki, futbolçularda özünəinamı qaytarım. Son böyükhesablı məğlubiyyətlərdən sonra bunu etmək vacibdir.

– Elvin Məmmədov sizin hücum futbolu fəlsəfəsinə uyğundurmu?

-Elvin həm bacarıqlı futbolçu, həm də yaxşı insandır. Futbolçunun xarakterinə çox diqqət edirəm. Bilirəm ki, Elvin uzun müddət zədədən əziyyət çəkib. Onu dəvət etdim ki, yaxından tanış olum. Elvinin böyük potensialı var. Bundan artığına qadirdir. Ancaq hamının əsas heyətdə oynamaq şansı var. Sadəcə, bu şansdan istifadə etmək lazımdır.

– Qapıçıların hazırlığı barədə nə deyə bilərsiniz?

– Kamran Ağayev klubunu dəyişdiyi üçün oynamır. Emil Balayev də “Ayntraxt”da ehtiyatda qalır. Səlahət Ağayevin formasından razıyam. “İnter”də stabil çıxış edir. O, bir nömrəli qapıçımızdır. Andrey Papoviçin potinsialı böyükdür.  

-Çempionatımızın bombardiri Nurlan Novruzonu niyə milliyə dəvət etmədiniz?

– Nurlan yaxşı futbolçudur. On qol vurub. Statistikaya baxanda yaxşı hücumçu olduğunu görmək olar. Ancaq mənim oyun sistemimə uyğun deyil.

– Elvin Məmmədov sizin hücum futbolu fəlsəfəsinə uyğundurmu?

-Elvin həm bacarıqlı futbolçu, həm də yaxşı insandır. Futbolçunun xarakterinə çox diqqət edirəm. Bilirəm ki, Elvin uzun müddət zədədən əziyyət çəkib. Onu dəvət etdim ki, yaxından tanış olum.Elvinin böyü potensialı var. Bundan artığına qadirdir. Ancaq hamının əsas heyətdə oynamaq şansı var. Sadəcə bu şansdan istifadə etmək lazıdır.

– Ruslan Qurbanovun “Hayduk”a keçməsinə münasibətiniz bilmək istərdik.

– Mən başa düşə bilmirəm ki, Ruslan niyə “Neftçi”də əsas heyətdə oynamır? Bununla həmkarlarımı tənqid etmək istəmirəm. “Neftçi”nin bir çox oyunlarını izləmişəm. Azərbaycan futbolunda olan problem odur ki, futbolçular açılıb komanda yoldaşından top istəmir. Ancaq topla olan futbolçu oynayır. Futbolçu dərk etməlidir ki, lazimi mövqeyə çıxıb top istəmək lazımdır. Bu cəhətdən Ruslan çox yaxşı futbolçudur.  İnanıram ki, o,”Hayduk”da əsas heyətə düşəcək.

– Ruslan Qurbanovdan başqa hansı futbolçumuz ölkə xaricində çıxış edə bilər?

– Məncə, kiminsə adını çəkmək düzgün olmaz. Bir

neçə futbolçu ölkə xaricində oynamaq gücündədir.

– Futbolçular sizin oyun fəlsəfəsini dəyişməyinizə nə dərəcədə hazırdır?

– Futbol nəticə üçün oynanılan idman növüdür. Ancaq bununla yanaşı gözəl oyun nümayiş etdirməyin tərəfdarıyam.

– Coşqun Diniyev haqda da fikirlərinizi bilmək istərdik. O, Azərbaycanda yeganə futbolçudur ki, atası da millidə çıxış edib.

– Onu milliyə dəvət etməyimin səbəbi atasının Məşqçilər Komitəsində işləməsi deyil (gülür). Coşqun kimi futbolçuların sevirəm. O, mənə lazımdır. “Şaxtyor”la oyunda Coşquna şans verəcəm.

– “Şaxtyor”dan başqa hansı komanda ilə qarşılaşa bilərdiniz?

– Başqa varinatlar da var idi. “Şaxtyor” Avropanın güclü klublarından biridir. Gördüyünüz kimi. “Bavariya” ilə gözəl oyun nümayiş etdirdilər. Bu komanda ilə qüvvəmizi sınamaq vacibdir. (Qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43