Ölkə futbolu

Roberto Bordin: “Bu gün bizdə alınmadı”

Topaz Premyer Liqasının XIV turuna yekun vuruldu

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyun haqda fikirlərini bildirib:

“Komandam çox da yaxşı oynamadı. Bu oyunu düzgün oynaya bilmədik, alınmadı. Hər zaman hücumda oynadığımız oyunu meydanda göstərə bilmədik. Çox da böyük risklər etmədik. Oyunun sonunda qol vurmaq üçün daha çox çalışdıq. Ancaq bunu bacara bilmədik”

-Dabonun yoxluğu çox bilinirdi. Sizə bir Dabo daha lazımdır ?

-Namiq Ələsgərov onun yerinə oynayırdı. Çox da pis oynamadı. Biz sadəcə günümüzdə deyildik. Hələ ki, birinci yerdəyik. Təbii ki, qazanmaq istəyirdik. Bacara bilmədik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43