Ölkə futbolu

Roberto Bordin: “Bu nəticəni unutmalıyıq”

“İkiqat mübarizə apardıq. Əfsuslar olsun ki, ilk oyunda əlimizə düşən imkanlardan yararlana bilməmişdik. İlk oyunda qol vura bilsəydik, bu gün davamını gətirəcəkdik”. İdmanxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

“Ağ-qaralar” Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Neftçi”üzərində minimal hesablı qələbə qazanıb, lakin növbəti mərhələyə adlaya bilməyib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: “Bizim üçün üzücü haldır. İmkanlarımız oldu, düzgün istifadə edə bilmədik. Hər birimiz üzülürük. Fasilə ərəfəsində maksimum yaxşı hazırlaşacağıq”.

– Ehtiyat oyunçular skamiyasında oyunu gücləndirə biləcək futbolçu yox idi. Qışda heyətinizi neçə futbolçu ilə gücləndirəcəksiniz?

– Zədəli və cəzalı futbolçuların olması normaldır. Heyətimizdə olan futbolçu sayı məni qane edir.  Meydanda daxil olan futbolçular öz vəzifələrini yerinə yetirə bildilər.

– Qış transfer dönəmində hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?

– Bizim bu haqda düşünməyə kifayət qədər vaxtımız olacaq. Öncə bu məğlubiyyəti unutmalı, daha sonra bu haqda düşünməliyik.

– Komandadan göndərəcəyiniz futbolçuları müəyyənləşdirmisinizmi?

– Bizim müzakirə etmək üçün vaxtımız var.

– Oyun başa çatdıqdan sonra baş hakim Orxan Məmmədova etiraz edirdiniz. Etirazınız nə ilə bağlı idi?

– Rəqibin futbolçuları oyunun tempini aşağı salırdı. Biz isə vaxt itirmək istəmirdik. Bu haqda hakimlə danışığımız oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43