Kateqoriyasız

Roberto Bordin: “Çempionluq haqda düşünmək axmaqlıq olar”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. İdmanxeber.az-ın məlumatına görə,o, əvvəlcə matç barədə fikirlərini bildirib.

– Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq. Çalışırıq öz oyunumuzu quraq. Rəqib də bizi əks-hücumda tutmağa çalışdı. Penaltini də əks-hücumda qazandılar. İkinci qol bizi “sındırdı”. Bundan sonra işimiz daha da çətinləşdi. Qol epizodlarımız oldu ki, bunlarda düzgün reaksiya verə bilmədik.

– Həm çempionat, həm də kubok matçında “Sumqayıt”a qalib gələ bilmədiniz. “Neftçi” sanki çempionluq ab-havasına tez girib…

– Kubokla çempionat fərqli yarışdı. Çempionluq haqda düşünmək axmaqlıq olar. Təkrarçılıq olmasın, kubok tam başqa yarışdır.

– Buna qədər “Neftçi” bütün oyunlarda fərqlənə bilmişdi. “Sumqayıt” nədən istifadə edir ki, bu rəqibin qapısına yol tapa bilmirsiniz?

– Çempionat matçında olduğu kimi, bu gün də qol vəziyyətlərimiz oldu. Sadəcə, bir qədər dəqiqlik çatmadı. Bəzi epizodlarda isə rəqibin qapıçısı imkan vermədi.

– 0:2 hesabından sonra yarımfinal şansınızı necə dəyərləndirirsiniz?

– Öz meydanımızda uduzduğumuz üçün bizə çətin olacaq. Yenə də cavab görüşündə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

(qol. az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43