Ölkə futbolu

Roberto Bordin: “Elə söz dediyimi xatırlamıram”

Topaz Premyer Liqasının XVI turuna yekun vurulur

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” doğma meydanda 2Keşlə”ni qəbul edib. Oyunun ardından ev sahibi komandanın baş məşqçisi Robetrto Bordin mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Oyun elə də asan keçmədi. Rəqib bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq rəqib komandanın qapısında çox təhlükəli vəziyyətlər yaratdıq. Bunlardan birində Emin yaxşı qol vurdu. Qoldan sonra da oyunu əlində saxlayan bizdik. Müdafiədə bəzi boşluqlar oldu. Ancaq qapıçımız Səlahət Ağayev qapısını toxunulmaz saxlaya bildi”.

-Sansulo meydanda olduğu müddətdə göstərdiyi performansla növbəti oyunlarda daha çox oynayacağını deyə bilərik ?

-Təbii ki, onun oyun praktikası çox deyildi. Onun bizim oyun ritmimizi tutmasına çox var idi. Onu yaxşı tanıyıram. Bir neçə müddət İtaliya çempionatında oynayıb. Bütün oyunçular kimi ona da müyyən vaxt lazımdır.

-Platellasdan istədiyinizi ala bilirsiniz ?

-Hücumda və müdafiədə çox yaxşı oynayır. Onun təbrikk edirəm və oyunundan razıyam. Dünən “Qarabağ”ın qələbəsindən sonra üstümüzdə təzyiq var idi. Ancaq biz yaxşı oynayaraq qalib gələ bildik.

-Rəhman Hacıyevin oynamamasına səbəb nədir ?

-Deməzdim ki, hansısa oyunçudan geri qalır. Hər rəqibə uyğun oyunçu seçimi edirik. Rəhmanın heç bir problemi yoxdur.

-Mirabdulla Abbasovun oyunuda geriləmə müşahidə olunur..

-Oyununda geriləmə olduğunu deməzdim. Bir iki epizodda qol vura bilərdi. Fasilədən əvvəl necəydisə, yenə də o cürdür. Heç bir problem yoxdur.

-Yayda transferlərə qarışmadığınızı demişdiniz. Bəs qışda necə, qarışdınız ?

-Elə söz dediyimi xatırlamıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43