Ölkə futbolu

Roberto Bordin: “Etdiyim hərəkətdən peşmanam”

Topaz Premyer Liqasının V turuna start verilib.

Topaz Premyer Liqasının V turunda “Zirə” “Neftçi”ni qəbul edib. Matçın ardından qonaq komandanın baş məşçisi Roberto Bordin mətbuat konfransında jurnalistlərin suallarını cavbalandırıb:

“Bu gün mübarizə aparan komandaya qarşı oynadıq. Rəqib komanda haqda onu deyə bilərəm ki, onlar haqq etdiyi yerdə deyillər. Biz isə çox yaxşı çıxış etdik”.

-Rəqib komandanın baş məşqçisi ilə aranızda nələr yaşandı ?

-Bir-birimiz arsında qarşılıqlı anlaşılmazlıq oldu. Bəzən belə hallar olur. Etdiyim hərəkətə görə, peşmanam. Bu hərəkətlə komandamı pis vəziyyətə qoya bilərəm.

-Qurban Qurbanov Mirabdulla haqda sizdən məsləhət alsa, onu milliyə məsləhət görərsiniz ?

-Əlbəttə ki, mənim komandamdan hansısa futbolçu milliyə dəvət alırsa , bu, mənim üçün sevindiricidir. O, öz üzərində çalışan futbolçudur.

-Qol vurandan sonra müdafiəyə çəkilirsiniz. Ancaq hər dəfəsində də müəyyən səhvlər olur. Bundan narahatsınız ?

-Onu deyə bilərəm ki, futbol həm də müdafiədən ibarətdir. Heç də ancaq müdafiədə oturmuruq. Mən düşünmürəm ki, müdafiə futbolu oynayırıq.

-Hər dəfə heyətdə müəyyən dəyişikliklər olur. Məşqlərdə oyunçuların performansına görə bu qərarı verirsiniz ?

-Hər həftə hansı oyunçu özünü yaxşı tərəfdən göstərirsə, çalışırıq ki, ona şans verək.

Oxşar xəbərlər

“Qəbələ” hücumçu transfer edir

admin

“Neftçi”nin sabiq rəisi: “…lap əcəb edirəm”

admin

Tuyqun Nadriov: “Hakim qərəzli idi”

admin