19 Oktyabr 2020
Ölkə futbolu

Roberto Bordin: “Kənardan deyilənlər məni maraqlandırmır”

Topaz Premyer Liqasında X turun “Keşlə” – “Neftçi” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin oyun barəsində bunları deyib:

“Hamını təbrik edirəm. Bizə vaxt lazım idi ki, meydançaya adaptasiya olmağa. Süni örtükdə yaxşı oynadıq. Vura bilmədiyimiz epizodlar oldu, amma çox yaxşı oynadıq”.

– İndiyə qədər qarşılaşdığınız ən pis örtüklərdən olduğunu demək olarmı?

– Deyə bilmərəm ki, pisdi. Sadəcə öyrəşməmişik.

– Rəhman Hacıyevin çıxışından razı qaldız?

– Onda alınırdı. İti ötürmələr edə bilirdi. Hücumların qurulmasında özünü yaxşı göstərdi. Oyunundan razıyam. Sadəcə sonluğu qoya bilmirdi. Bu baxımdan çatışmazlıq var idi.

– Hesab sürüşkən idi. 2-ci qolu vurub, daha rahat oynamağa nə mane oldu?

– Epizodlar oldu. Təəssüf ki, fərqi artıra bilmədik. Amma sevinirik ki, hesabı qoruya bildik. Hər oyun çoxlu qol vurmaq vacib deyil. Əsas 3 xaldı.

– Komanda bu heyətlə çempion ola bilərmi?

– Komandamızdan çox razıyıq. Yaydan indyə kimi böyük artım var oyunumuzda. Oyunçuların hər birindən, hətta əvəz olunanlardan da razıyam. Çempionat hələ uzundu. Addım-addım düşünmək lazımdı. “Zirə” ilə növbəti oyun çox vacibdi. Çünki ilk oyunda çox yaxşı oynamışdılar.

– Sizdən əvvəl “Neftçi”nin çalışdırıcısı olan Tərlan Əhmədovla rəqib idiz. Məğlubiyyət təzyiqə səbəb olacaqdı. Bu barədə düşünürdüzmü?

– “Neftçi”nin baş məşqçisiyəm. Kənardan deyilənlər məni maraqlandırmır. Əsas odu ki, oyunlara yaxşı hazırlaşaq və kənar təsirlərdən yayına bilək.

– Kiril Petrovun yoxluğu nə ilə bağlı idi?

– Cüzi zədəsi var. Ümid edirik ki, ən qısa zamanda komandaya xeyir verə biləcək.

– Baxışda olan Mamadu Kane ilə bağlı qrar vermisiz?

– Özünü yaxşı tərəfdən göstərir. Adaptasiyası yaxşı keçir. Qərar vermək üçün vaxtımız var. (matç.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Aslan Kərimov: “BATE növbəti mərhələyə keçsə, mənim üçün faciə olmayacaq”

admin

“Keşlə”nin qapıçısını xəstəxanalıq oldu – FOTO

admin

“Simurq”un kapitanına verilən cəza klubu ayağa qaldırdı

admin