Ölkə futbolu

Roberto Bordin: “Şerif”lə yaxşı işlər görmüşəm, inanıram ki…

Bordin oyunudan razı qaldığını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, bu gün Topaz Premyer Liqasın II turunda “Neftçi” ilə “Qəbələ” qarşı-qarşıya gəlib. Turun mərkəzi görüşünün ardından ev sahibi komandanın baş məşqçisi Roberto Bordin oyun barəsində fikirlərini bölüşüb.

“İlk öncə onu deyim ki, çox gözəl oyun göstərdik. Biz 3-cü qolu da vura bilərdik. Rəqib çox təzyiq edirdi. Buna baxmayaraq yaxşı cavab verə bilərdik.

Rəqib komanda təzyiq etdikcə “Neftçi”nin müdafiəsində problem olduğu görünürdü. Bunu necə düzəldəcəksiniz?

Oyunun sonuna yaxın rəqib 3 hücumçu ilə oynayırdı. Bizdə məcbur olduq ki, 5 müdafiəçi ilə oynayaq. Əgər bizə təzyiq edirlərsə, bu o demək deyil ki, mütləq dəyişiklik etməliyik. Oyunun hər anında diqqətli olmağa borcluyuq.

“Qarabağ”la olan növbəti oyununuz təxirə düşə bilər. Bu sizin uğurlu startınıza təsir edə bilər?

Biz indi qələbəmizi qeyd etməliyik. O ki qaldı növbəti qarşılaşmaya bu barədə sonra düşünəcəyik. Təbi ki, əgər boşluq olarsa, çalışacayıq yoxlama oyunu keçirək.

“Qarabağ” “Şerif” matçında kimin qalib olmasını istəyərsiniz?

Bu suala belə cavab verə bilərəm ki, mən hazırda “Neftçi” komandasına azarkeşlik edirəm. Vaxtı ilə “Şerif” komandasında yaxşı işlər görmüşəm. İnanıram ki, yaxşı oyun olacaq.

Ağlınızdakı “Neftçi” budur?

Biz 90 dəqiqə aktiv oyun oynayan, təzyiq edən komanda yaratmaq istəyirik. Bugünki matçda kifayyət qədər yaxşı oynadıq. Daha da artıraraq, istənilən səviyyə gələcəyik. Hər şey zamanla həyata keçir. .

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43