Ölkə futbolu

Roberto Bordin: “Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq”

“Neftçi”nin baş məqşçisi Roberto Bordin bu gün keçirilən açıq məşq zamanı jurnalistlərin sualları cavablandırıb. İtaliyalı mütəxəssis komandanın builki hədəfləri barədə danışıb:

“Bizim öz yolumuz var. Məqsədimiz mövsümü çempion kimi tamamlamaqdır. Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq. Əsas odur ki, bura gələn futbolçu komandamızın hansı məqsəd uğrunda yarışdığını anlamalıdır”.

Təcrübəli mütəxəssis Komandadan ayrılmaları gündəmdə olan Karikari və Braliç haqqında isə bunları deyib:

“Karikari ilə münasibətlərimiz yaxşıdır. O da bizimlə bərabər eyni məqsəd üçün çalışır. İndi Kvamenin təklifləri var. Onun qərarını gözləyirik. Braliçin də təklifləri var. Karikari kimi onun da qərarını gözləyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Boavişta”dakı yeganə oyunçumuz da ayrıldı

admin

“İnter” “Bakı” üçün başladı

admin

“Xəzər Lənkəran” istədi, türk klubuna keçdi – FOTO

admin