Ölkə futbolu

Roberto Bordin: “Yenidən həmin oyuna qayıtmaq absurd olar”

Topaz Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə “Qarabağ” üz-üzə gəlib. Qarşılaşmanın ardından ev sahibi komandanın baş məşqçisi Roberto Bordin mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb:

“Güclü rəqibə qarşı çox yaxşı bir qələbə qazandıq. İlk hissədə vurduğumuz qollarla oyunun taleyini həll etməyə çalışdıq. Təbii ki, çətin oyun oldu. Oyunçularımı təbrik edirəm”

-Mövsümün əvəllində Avroliqanın təsnifat oyununda belə bir qələbə qazanmışdınız. Ancaq cavab oyununda çox fərqli məğlub oldunuz.Bu qələbədə ona bənzəyə bilər ?

-Biz həmin oyunu unutmuşuq. İki ay bundan öncə oynanılan oyun barəsində indi yenidən danışmaq absurd olar. Futbolda hər cür hesab olur. Əsas odur ki, biz bu gün qalib gələ bildik. Və çox yaxşı oyun oynadıq.

-Bu gün 3 mərkəz müdafiəçi ilə çıxış etdi komanda. Bu yeni sistemdir yoxsa, rəqibə görə belə oynadınız ?

-Onların ortaya doğru sıxlaşdıqlarını bilirdik. Buna görə bu gün bu cür mübarizə apardıq. Biz onlara mərkəzdə oyunu qurmağa icazə verdik.

-Nəhayət ki, Qurban Qurbanov üzərində qələb qazandınız. Bu barədə nə deyə bilərsiniz ?

-İlk öncə onu deyim ki, bu, komandanın qələbəsidir. Hamımız bu qələbədə pay sahibiyik. “Qarabağ”a qalib gəlmək bizim üçün çox böyük nəticədir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43