Ölkə futbolu

Roberto Karlos “Qarabağ”ı Reynaldosuz qoymaq istəyir

Ölkə çempionluğunu yaşamağa hazırlaşan “Qarabağ” mövsümüm sonunda əsas futbolçularından olan Reynaldonu itirə bilər. Sərgilədiyi oyunla Azərbaycanda hamının rəğbətini qazanan braziliyalının parlaq oyunu digər ölkə menecerlərinin də diqqətini cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, Reynaldoya “Sivasspor” elçi düşüb. Türkiyə klubu braziliyalı futbolçuya görə “Qarabağ”a 1 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Bu transferin gerçəkləşməsini “Sivasspor”un məşhur brazilyalı məşqçisi Roberto Karlos istəyib. O, Reynaldonun bu mövsüm çıxışlarını izləyib və “Qarabağ”lı futbolçunun onun komandasına da xeyir verəcəyi qənaətinə gəlib. Məlumat üçün deyək ki, hazırda Türkiyə Superliqasında 5-ci pillədə olan “Sivasspor” Avropa Liqasına vəsiqə qazanmağa yaxındır.

Qeyd edək ki, Reynaldo 19 qolla Premyer Liqanın bombardirlər siyahısında ilk pillədə yer alıb.

sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43