Dünya futbolu

Roberto Mançini: “Dünən Ünal Aysal mənə zəng elədi”

“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini “Qalatasaray”dan təklif aldığını təsqdiqləyib.

İtalyan mütəxəssis “Cim-bom”la danışıqlar apardığını və bu danışıqların müsbət nəticələnəcəyi təqdirdə müqavilə üçün İstanbula gələcəyini bildirib. 

“Bir müddətdir, mənə gələn təklifləri dəyərləndirirəm. Dünən klubun prezidenti Ünal Aysal mənə zəng elədi. Son dərəcədə yaxşı və mülayim tərzdə danışdıq. Bu gün onlar İtaliyaya gələcəklər və ətraflı söhbətimiz olacaq. Bütün məsələlərdə anlaşsaq, cümə günü İstanbula gedəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43