Dünya futbolu

Rodrinin seriyası davam edir

”Mançester Siti” ötən gün derbidə “Mançester Yunayted”i məğlub edib – 3:1.

İdmanxeber.az-ın məlumatına görə, bu görüşlə Rodrinin seriyası davam edib. “Şəhərlilər” ispaniyalı yarımmüdafiəçinim meydanda olduğu son 59 oyunda məğlub olmayıb.

Rodri 2019-cu ildə “Atletiko”dan “Mançester Siti”yə transfer olub. O, bu mövsüm bütün turnirlərdə 34 oyunda 7 qol  vurub və 9 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43