İdman

“Roma” – “Qarabağ” matçı heç kimə maraqlı deyil

Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Roma” – “Qarabağ” matçının bilet satışı davam edir. 

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmaya maraq o qədər də yüksək səviyyədə deyil.

Romada, Olimpiya Stadionunda baş tutacaq görüşə hələ ki, cəmi 9 min bilet satılıb. Oyun gününə qədər bu göstəricinin artacağı dəqiq olsa da, arenanın tam dolacağı inandırıcı görünmür.

“Roma” – “Qarabağ” matçı dekabrın 5-də keçiriləcək.

Qeyd edək ki, bu komandaların Bakıdakı duelində qonaqlar qələbə (2:1) qazanmışdılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43