Dünya futbolu

“Roma” türk ulduzu 13 milyona transfer etdi

“Roma” Türkiyənin “Başakşehir” klubunun üzvü Cengiz Önderin transferinə çox yaxındır.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə futbolunun Dibalası adlandırılan futbolçuya görə italyanlar 13 milyon avro ödəyəcəklər.

2 gündən sonra 20 yaşı olacaq futbolçunun özü cümə günü tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayacaq. Cengizin özü isə ildə 1,5 milyon avro məvacib alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43