Ölkə futbolu

Roman Pivarnik: “Mənim fikrimcə ədalətli idi”

“Qarabağ” – “Viktoriya”(1:1) görüşündən sonra rəqib komandanın baş məşqçisi Roman Pivarnik bunları deyib:

Bütün oyun boyu rəqibin oyununa qarşı öz oyunumuzu qurmusduq. “Qarabağ” çox güclü komandadır. Bizim mudafiəmizdə buraxdığımız səhvdən sonra “Qarabağ” qol vura bildi. Bizim məqsədimiz qol vurmaq idi. Qol buraxdıqdan sonra da səbrli oynayıb lazım olan qolu vura bildik”.

– Neticeni edaletli hesab edirsinizmi?

– “Mənim fikrimcə ədalətli idi. İlk oyunda da biz “Qarabağ”ı mudafiədə saxlamışdıq.

– İlk oyundan sonra “Qarabağ”dan belə oyun gözləyirdinizmi?

– “Əlbəttə ki, “Qarabağ” cox ağır rəqibdi. Komandadan raziyam. Çox xoşumuza gəldi”.

– Arenadaki ab-hava necə…?

– “Eşitmişdik, amma bugün şahid olduq. Stadionda fantastik bir ab-hava var idi. Yenidən nə vaxtsa “Qarabağ”la qarşılaşmaq istəyərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43