Premyer Liqa

Roman Qriqorçuk: “Hər oyunda hakimlik belə olsa…”

"Komandalar çox yüksək səviyyədə çıxış etdi. Futbolçularım sonadək əla oyun nümayiş etdirdi. Oyunçular barədə ayrı-ayrılıqda fikir bildirmək istəmirəm".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qəbələ" – "Qarabağ" (2:0) matçından sonra keçirilmiş mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk deyib.

O, azarkeşlərə də öz təşəkkürünü bildirib:

"Onlardan çox razı qaldım. Qələbəmizdə azarkeşlərin rolu böyük idi. İstərdim ki, həmişə belə azarkeşlər oyunlarımıza gəlsin. Hər oyunda hakimlik belə olsa, çempionatın səviyyəsi yüksələcək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43