Dünya futbolu

“Roma”nın baş məşqçisindən istefa qərarı

Dünən ÇL-nın 1/8 final mərhələsinin cavab qarşılşmasında  səfərdə “Porto”ya 3:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan “Roma” komandasının baş məşqçisi Di Françeskonun istefa verdiyi bildirilir.

İtaliya mətbuatının verdiyi məlumata  görə, təcrübəli mütəxəssis oyunun ardından keçirilən mətbuat konfransına qatılmayaraq birbaşa komandanı daşıyan avtobusa yollanıb.

Baş məşqçinin işinə davam edib-etməyəcəyinə isə klub rəhbərliyi qərar verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43