Kateqoriyasız

Romeronun qardaşı dubl etdi, “Qarabağ” qələbə qazandı

Bu gün Azərbaycan birindi divizionunda 16-cı turun iki oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ-2” “Zirə-2″ni qəbul edib və böyük hesabla qalib gəlib. Ağdam klubunun əsas komandasında çıxış edən ispaniyalı Xayme Romeronun qardaşı Danie Romero matçda dubl edib.

Digər oyunda isə “Sabah-2” evdə “Səbail-2″yə uduzub – 0:1.

20 fevral

“Qarabağ-2” – “Zirə-2” – 5:0
Qollar:
 Daniel Romero, 32; 56. Elvin Talıbov, 41. Əli Nəcəfli, 76. Kamran Məmmədov, 88

“Sabah-2” – “Səbail-2” – 0:1
Qol
: Bahadur Həziyev, 10

Turnir cədvəlinə 34 xalla “Səbail-2” başçılıq edir. “Sabah-2” 28 xalla 2-ci, “Turan Tovuz” eyni xalla 3-cüdür. “Qarabağ-2” 19 xalla 9-cu, “Zirə-2” isə 10 xalla 12-cidir.

Bombardirlər:

Musa Qurbanlı (“Qarabağ-2”) – 14 qol
Elmir Rəhimzadə (“Keşlə-2”) – 11 qol
Famil Camalov (“Zaqatala”) – 9 qol
Vidadi Cəfərov (“Səbail-2”) – 7 qol
Bahadur Həziyev (“Səbail-2”) – 6 qol


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43